Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR

Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR Bank of Baku ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək olaraq daha bir layihə həyata keçirib.
"Aprel – Ümumdünya Autizm Maarifləndirmə ayı" çərçivəsində Gəncə şəhərində autizm və neyromüxtəlifliyi olan gənclərdən ibarət "Mavi Ürəklər" inklüziv musiqi qrupunun konserti baş tutub.
SEVGİ VARSA, FƏRQ YOXDUR! – Autizmi tanı, sevgini paylaş!
 "Sevgi varsa, fərq yoxdur!" şüarı ilə keçirilən konsert proqramı Bank of Baku və "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin "PAŞA Mall" və "Gəncə Mall"un tərəfdaşlığı ilə 25 aprel tarixində keçirilib.
Tədbirin məqsədi cəmiyyətdə autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan fərdlər barədə cəmiyyəti məlumatlandırmaq, onlara doğru münasibəti təbliğ etmək, eləcə də autizmli şəxslərin bacarıqlarına, istedadlarına inamı aşılamaqdır.
Tədbirdə iştirak edən Bank of Baku-nun Reklam və PR departamentinin rəhbəri Əhməd Əhmədov öz çıxışında bildirib ki, Bank of Baku KSM strategiyasında inklüziv layihələrə xüsusi diqqət ayırır və bu konsertin keçirilməsində də məqsəd autizm spektr pozuntusu olan fərdlərin cəmiyyət tərəfindən qəbul edilməsi prosesinə töhfə verməkdir.  
"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova isə autizm spektr pozuntusu ilə yaşayan fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasının, onların sosial həyatda, təhsildə və iş dünyasında bərabərhüquqlu üzvlər kimi iştirakının əhəmiyyətini vurğulayıb. 
 "Gəncə Mall"un meneceri Şərif Ələkbərli isə "PAŞA Mall" adından çıxış edərək belə həssas və vacib layihələrə ev sahibliyi etməyin onlar üçün qürurverici olduğunu bildirib.
Daha sonra 10 gəncdən ibarət "Mavi Ürəklər" inklüziv muqisi qrupu öz rəngarəng repertuarları ilə 1 saat ərzində Gəncə sakinlərinə və şəhərin qonaqlarına xoş anlar bəxş ediblər. 
Məlumat üçün bildirək ki, "Bank of Baku" və "Birgə və Sağlam İctimai Birliyi"nin heyəti konsertdən əvvəl Gəncədə yerləşən Autizm Mərkəzinə də baş çəkib. Mərkəzdə təhsil alan uşaqlar üçün rəsm master klassı təşkil edilib.
Qeyd edək ki, Bank of Baku Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin dəstəklənməsinə yönəlik layihələrini davam etdirir. Bank ötən il də "Kaşalata" kafesində autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan gənclərlə birlikdə kətan çanta boyama master klassı keçirmişdi.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku 
Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR/ azxeber.com

İqtisadiyyat       Tarix: 27 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər