Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi

Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiKorporativ sosial məsuliyyət layihələrində "Təbiətə Yaxın Bankçılıq" şüarını da əsas tutan Bank of Baku ətraf mühitin, təbiətin qorunmasına istiqamətlənmiş layihələrini davam etdirir.
30 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 
"Yaşıl dünya naminə əl-ələ verək" mesajını vurğulayan ağacəkmə aksiyasında Bank of Baku-nun rəhbərliyi və əməkdaşları iştirak edib.
COP29 ərəfəsində keçirilən aksiyanın əsas məqsədi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq, ölkəmizdə ərazilərin yaşıllaşdırılmasına töhfə vermək, həmçinin dünyada ekologiya ilə bağlı baş verən proseslərə diqqət çəkmək və yaşıllıqların əhəmiyyətini xatırlatmaqdır.
Ekoloji aksiyada Bakı-Abşeron ərazisinin torpaq-iqlim şəraitinə rahat uyğunlaşması ilə seçilən 300-dən çox Eldar şamı və Zeytun ağacları əkilib.
Qeyd edək ki, bundan əvvəl Bank of Baku Xəzərin Bilgəh sahilində 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanmasını həyata keçirmişdi.
Bank of Baku-nun "Təbiətə Yaxın Bankçılıq" şüarı altında istər bank daxilində, istərsə də ictimaiyyətə yönəlik dünyanın qorunmasına, təbiətin mühafizəsinə, təbii resurslardan qənaətli istifadəyə səsləyən maarifləndirmə işləri və tədbirləri davam edir.
Məlumat üçün bildirək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi/ azxeber.com

İqtisadiyyat       Tarix: 31 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən xəbərlər metbuat azerbaycanda son xeberler