Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək

Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkÖlkənin seçilən iki qurumu – Bank of Baku və ADA Universiteti əməkdaşlıq memorandumuna imza atıb.
Əməkdaşlıq sazişini Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev və ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova imzalayıblar. 
11 mart tarixində imzalanan memorandum çərçivəsində ADA Universitetinin ixtisasartırma proqramı Bank of Baku əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığa əsasən, Bank of Baku tərəfindən ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də universitet məzunları üçün iş fürsətləri yaradılacaq. Qeyd edək ki, sözügedən mini MBA proqramı son illərdə bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil olunub.
Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, Bank of Baku hər zaman sektor üçün peşəkar və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib.
"Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımızın uzunmüddətli ənənəsinin davamına etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə dəstək olmaq və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir." – deyə Həsən Quliyev əlavə edib.
ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib.
"Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. "Bank of Baku"nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək."
Qeyd edək ki, universitet tərəfindən xüsusi olaraq hazırlanmış mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə, qərar qəbul etmək, eləcə də liderlik, ünsiyyət və problemi həll etmək bacarıqlarını gücəndirməkdir.
10 moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki fəaliyyət göstərən və daima inkişafda olan Bank of Baku-da hazırda 1000-ə yaxın əməkdaş çalışır. Bank insan kapitalını hər zaman özünün əsas dəyərlərindən biri olaraq ifadə edir və əməkdaşlarının peşəkar karyerada irəliləməsi üçün onlara fürsətlər yaratmağa çalışır.
Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  

Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcəkBank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək/ azxeber.com

İqtisadiyyat       Tarix: 11 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəs

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler son.xabar siyaseti xeberler bugun havanın temperaturu