Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım

Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addımBank of Baku və Mastercard süni intellekt və qabaqcıl analitika vasitəsilə problemli kreditlərin ödənişlərinin yığımı strategiyalarını yenidən formalaşdırmaq üçün strateji tərəfdaşlığa başladıqlarını elan ediblər.
azxeber.com xəbər verir ki, tərəflər Azərbaycanda problemli kreditlərin ödənişlərinin yığımının optimallaşdırılması ilə bağlı yeni süni intellekt əsaslı layihə üzrə əməkdaşlığa başlayıblar. Bu tərəfdaşlıq kredit portfeli və borc yığımının idarəetməsi üzrə daha çox data əsaslı, operativ və fərdi qərarverməni dəstəkləyəcək.
Mastercard-ın Azərbaycanda bu istiqamətdə ilk təşəbbüsü olan bu layihə "Mastercard Advisors"un süni intellekt əsaslı qərarvermə imkanlarını Bank of Baku-nun bank infrastrukturu ilə birləşdirərək banka borc yığımı proseslərinin səmərəliliyini artırmağa, müştərilərlə qarşılıqlı əlaqəni yaxşılaşdırmağa və data əsaslı analitik məlumatlar vasitəsilə daha yüksək nəticələrə nail olmağa kömək edəcək.
"Mastercard Advisors"un Bank of Baku ilə süni intellekt və analitika əsaslı kredit idarəetməsi sahəsindəki ilk böyük əməkdaşlığı problemli kreditlərin ödənişlərinin yığımı üzrə göstəricilərin yaxşılaşdırılmasına, monitorinq mexanizmlərinin təkmilləşdirilməsinə, daha dəqiq, operativ və analitik məlumatlara əsaslanan qərarvermənin dəstəklənməsinə yönələcək. Təşəbbüs müştəri davranışını daha dərindən təhlil etməyə, portfel tendensiyalarını erkən mərhələdə müəyyənləşdirməyə və data əsaslı strategiyaları optimallaşdırmağa xidmət edir. "Mastercard"ın süni intellekt və data imkanlarının tətbiqi sayəsində layihə borc yığımının optimallaşdırılmasına daha proaktiv yanaşmanı dəstəkləyəcək. Bu isə banka resursları daha effektiv bölüşdürməyə və qabaqlayıcı tədbirlər görməyə imkan verəcək.
"Mastercard"ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Onur Faydacı bildirib ki, "Dünya üzrə təşkilatların 80%-dən çoxu ən azı bir biznes funksiyasında süni intellektdən istifadə edir. Süni intellekt maliyyə institutlarına yeni imkanlar yaradır, qərarverməni təkmilləşdirir və daha ağıllı, təhlükəsiz həllər təqdim etməyə imkan verir.  Mastercard-ın Azərbaycanda süni intellekt əsaslı kredit idarəetməsi və problemli kreditlərin ödənişlərinin yığımının optimallaşdırılması yönündə ilk təşəbbüsü üzrə Bank of Baku ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Bu əməkdaşlıq süni intellektin konsepsiyadan real nəticəyə necə keçə biləcəyini nümayiş etdirməklə, maliyyə institutlarına mürəkkəb datanı uzunmüddətli biznes performansını dəstəkləyən analitikaya çevirməyə imkan yaradır".
Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfdaşlığın bankın rəqəmsal transformasiya və müştəriyönümlü qərarvermə yanaşması baxımından əhəmiyyətini vurğulayaraq bildirib:
"Bank of Baku olaraq rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi prioritet strateji hədəfimizdir. Bu yanaşma bizim üçün yalnız texnoloji yenilənmə deyil, həm də daha çevik, dəqiq və müştəriyönümlü qərarvermə vasitəsilə xidmət keyfiyyətinin daha da yüksəldilməsi deməkdir. Mastercard ilə başlatdığımız bu strateji əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inanırıq. Maliyyə və risklərin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi problemli aktivlərə daha fərdi, operativ və effektiv yanaşmağa imkan yaradacaq. Nəticə etibarilə, bu layihə həm biznes səmərəliliyinin artırılmasına, həm də kredit portfelinin keyfiyyətinin və dayanıqlılığının qorunmasına töhfə verəcək".
Tərəfdaşlıq bankçılıq sektorunda analitik məlumatlara əsaslanan qərarverməyə doğru daha geniş keçidi əks etdirir. "Mastercard Advisors"un süni intellekt əsaslı analitikası, tövsiyələri, təkmilləşdirilmiş monitorinqi və praktiki əməliyyat analitikası vasitəsilə layihə daha adaptiv və miqyaslana bilən kredit və borc yığımı təcrübələrini tətbiq edəcək.
"Bank of Baku" haqqında
32 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku ASC Azərbaycanın aparıcı banklarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə innovativ maliyyə məhsulları və xidmətləri, o cümlədən istehlak və biznes kreditləri, depozitlər, sürətli pul köçürmələri və plastik kartlar təqdim edir. Fəaliyyəti boyunca "Sizə yaxın bankçılıq" şüarına sadiq qalan Bank of Baku hazırda 21 filialında 1 milyondan çox müştəriyə bankçılıq xidmətləri təqdim edir.
www.bankofbaku.com 
"Mastercard" haqqında
"Mastercard" 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanların həyatını asanlaşdırır. Biz tərəfdaşlarımızla birlikdə hər kəsin rahatlığı hiss edə biləcəyi dayanıqlı bir iqtisadiyyat qururuq. Təhlükəsiz, sadə, ağıllı və əlçatan tranzaksiyalar üçün geniş çeşiddə rəqəmsal ödəniş həllərini dəstəkləyirik. Bizim texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlara, bizneslərə və hökumətlərə öz potensiallarını maksimum reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir. www.mastercard.com
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım

İqtisadiyyat       Tarix: 20 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne