Bank Respublika Bakı Ali Neft Məktəbi ilə - ƏMƏKDAŞLIĞA BAŞLADI
Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Bank Respublika və respublikamızınqabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasındaəməkdaşlıq barədə memorandum imzalanıb.
Memorandum "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb. İmzalama mərasimində həriki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.
Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlaryaradacaq. Bank Respublika üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərləbirbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirməkimkanıdır. Digər tərəfdən, Bakı Ali Neft Məktəbinin tələbələri real iş mühitiilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləribirbaşa öyrənmək şansı əldə edəcəklər.
Memorandum çərçivəsində tərəflər arasındabirgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkilolunması, Bank Respublika-nın mütəxəssisləri tərəfindən təlim və seminarlarınkeçirilməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsinəzərdə tutulur.
Müəllim və tələbə heyəti qarşısında çıxışedən Bank Respublikanın İdarəHeyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsinistrateji prioritetlərimizdən biri hesab edirik. Bakı Ali Neft Məktəbi, təhsilsahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstək ilə tanınır.Bu məktəb, gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildəhazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləriaşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı sadəcə bir memorandum kimiyox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Bizinanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərlitöhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şəraityaradacaqdır."
BANM-in rektoru Elmar Qasımov da öz növbəsində bildirib: "Bank Respublika kimi aparıcı və nüfuzlu maliyyəqurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankınsosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsiistiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizəyalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də BankRespublika kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarınagüclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş prosesləriniyaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlaraçacaq."
Daha ətraflı məlumatıbankın rəsmi saytında, facebook, instagram, linkedin, telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.





/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var