"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib

9 iyul 2026-cı il. Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən "Bank Respublika" ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.
Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu "Bank Respublika"ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu saziş "Finnfund"un tarixində milli valyutada təqdim edilən ilk sintetik kredit əməliyyatı olub.
Cəlb olunan vəsait "Bank Respublika"nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Bu sazişin imzalanması"Bank Respublika"nın beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm Azərbaycan bank sektoruna, həm də "Bank Respublika"ya göstərdiyi yüksək etimadın təsdiqidir.
"Finnfund"un Baş İnvestisiya Meneceri Ulla-Maija Rantapuska bildirib: "Bu investisiya iqlim dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı banklardan biri olan "Bank Respublika"ya yerli valyutada maliyyə təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatının inkişafına töhfə veririk".
"Bank Respublika"nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov bildirib: "Finnfund" ilə əməkdaşlığın başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə institutlarından birinin göstərdiyi etimad "Bank Respublika"nın dayanıqlılığının, biznes modelimizin effektivliyinin və məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək".
Daha ətraflı məlumat üçün: www.bankrespublika.az
Sosial şəbəkələr - "Facebook", "Instagram", "LinkedIn","Telegram"
Çağrı Mərkəzi: 144 / azxeber.com

İqtisadiyyat       Tarix: 10 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026