"Bank Respublika" və EIB Global kredit sazişi imzaladı

"Bank Respublika" və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.
"Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.
Qeyd edək ki, bu əməliyyat üzrə valyuta riski Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilən hedc mexanizmi vasitəsilə idarə olunacaq.
Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib: "Kiçik və orta sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. "Bank Respublika" ilə uğurlu tərəfdaşlığımız sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusilə milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl sektorunun güclənməsinə töhfə verir".
Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib: "Daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən milli valyutada valyuta riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli mühit yaradır".
"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib: "EIB Global-ın "Bank Respublika"nı Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk. Xüsusi olaraq, Mərkəzi Bankın bazar ehtiyaclarına müasir, çevik və proaktiv yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada kreditləşdirilməsinə əlavə təkan verəcək."
Daha ətraflı məlumat üçün: 
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:  "Facebook", "Instagram", "LinkedIn", "Telegram" 
Çağrı Mərkəzi: 144 / azxeber.com

İqtisadiyyat       Tarix: 20 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe zelzele valyuta