"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto

"Bank Respublika" OPEC Fund ilə əməkdaşlıq çərçivəsində sahibkarlara dəstəyini genişləndirir.
Belə ki, Azərbaycanın aparıcı banklarından biri olan və ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən "Bank Respublika" ilə OPEC Fund for International Development arasında 20 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Sazişi "Bank Respublika" ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar. İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş "OPEC Fund Development Forum 2026" çərçivəsində Vyana şəhərində keçirilib.
İmzalanma mərasimində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.
Cəlb olunmuş maliyyə vəsaiti "Bank Respublika"ya real sektorun dəstəklənməsini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi həcmini artırmağa imkan verəcək. Vəsaitlər yeni iş yerlərinin yaradılmasına, bizneslərin inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələri həyata keçirən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək.
OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib: "Yerli valyutada təqdim etdiyimiz ilk kredit OPEC Fondu üçün əlamətdar hadisədir. Bu, maliyyə alətlərimizin daha da zənginləşməsinə xidmət etməklə yanaşı, innovativ həllər vasitəsilə inkişaf təsirimizi artırmağa imkan verir. Yerli valyutada maliyyələşmə risklərin azaldılması və investisiyaların təşviqi üçün mühüm vasitədir. Azərbaycanda bu istiqamətdə ilk tərəfdaşımızın "Bank Respublika" kimi güclü və etibarlı maliyyə institutu olması bizim üçün xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlığımız üçün möhkəm zəmin yaradır.
"Bank Respublika"nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov qeyd edib: "Bu saziş bizim üçün sadəcə maliyyələşmə deyil. Bu, beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində ən nüfuzlu qurumlardan biri olan OPEC Fund tərəfindən Bank Respublika-ya göstərilən etimadın mühüm göstəricisidir. Biz Dr. Əbdülhəmid Əlxəlifə və onun komandasına yüksək peşəkarlığa və səmimi qəbula görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu saziş "Bank Respublika" ilə OPEC Fund arasında uğurlu və uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini qoyacaq".
/ azxeber.com

İqtisadiyyat       Tarix: 01 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026