"Bank Respublika"dan tarixi rekord
Ölkənin ən böyükbanklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyəgöstəricilərini açıqlayıb.
azxeber.com xəbər verir ki, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ənyüksək nəticələrini əldə edib!
2023-cü il yanvarın1-nə Bankın aktivləri 29% artaraq 1,58milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdənbiridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçünkifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analojidövrü ilə müqayisədə Bankın məcmu kapitalı22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədəBankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyatmənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 %artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarınaəsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədəartım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin"Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il BankRespublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan realsektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma vəİnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrəAvropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund)kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsibağlamışdır.
"Biz çox şadıq ki, 30 illikyubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi.Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində özyerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bunəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza,bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirmək istərdim!Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsulvə xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadıdoğruldaraq dinamik inkişafını davam etdirəcək", - deyə BankRespublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var