Banklar xarici valyutada məcburi ehtiyatlarını yalnız ABŞ dollarında saxlaya biləcəklər

Banklar xarici valyutada məcburi ehtiyatlarını yalnız ABŞ dollarında saxlaya biləcəklərMərkəzi Bankın İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər edib.
KONKRET.az-ın xəbərinə görə, bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.
Məcburi ehtiyatların norması depozitlərin faizi nisbətində müəyyən edilir.
Bundan əvvəl qüvvədə olan Qaydaya görə, məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0.5 (sıfır tam onda beş) faiz, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1 (bir) faiz, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0 (sıfır) faiz idi.
Dəyişikliyə əsasən, bundan sonra məcburi ehtiyatların norması aşağıdakı kimi differensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək:
– milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;
– xarici valyutada cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;
– qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə.
Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Dəyişikliyə görə, məcburi ehtiyatların saxlanmasına dair tələb də dəyişib.
Əgər bundan əvvəl bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalı idisə, bundan sonra banklar xarici valyutada olan depozitlər üzrə yalnız Mərkəzi Bankda ABŞ dollarında olan müxbir hesabında saxlamalıdır.
Qaydalarda digər yeniliyə gəlincə, məcburi ehtiyatların saxlanması məqsədinin effektivliyini artırmaq üçün Mərkəzi Bankın İdarə Heyəti saxlanılan məcburi ehtiyatlar üzrə faizlərin ödənilməsi barədə qərar qəbul etdikdə bu barədə bütün kredit təşkilatlarına rəsmi məlumat veriləcək.

Sosial       Tarix: 25 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti

Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir. ABŞ Mərkəz

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler xeber saytlari idman xeberleri cəbhədən görüntülər