"Barselona" və "Arsenal" 1/4 FİNALDA
Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın "Barselona" komandası evdə İtaliya "Napoli"sini 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.
KONKRET.az xəbər verir ki, "Barselona"nın qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. "Napoli"də isə Amir Rrahmani (30) topu rəqibin qapısından keçirib.
Qeyd edək ki, ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.
İngiltərənin "Arsenal" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın "Portu" klubunu darmadağın edib. Görüş Londonda baş tutub. İlk görüş Porto-nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçının əsas vaxtı da eyni hesabla "Arsenal"ın xeyrinə yekunlaşıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub – 4:2.
Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin "Mançester Siti", İspaniyanın "Real Madrid", Almaniyanın "Bavariya" və Fransanın "Paris Sen-Jermen" klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9- 10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto