"Barselona"ya ÇL-də iştirak üçün lisenziya verildi
İspaniya Futbol Federasiyasının İqnasio Nunez Lukenin sədrlik etdiyi beş nəfərdən ibarət UEFA Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Komitəsi "Barselona"ya Çempionlar Liqasında növbəti mövsüm iştirak üçün lisenziya verib.
KONKRET.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya təmsilçisi ilə yanaşı, ümumilikdə 18 klub bu hüquqa yiyələnib.
Mart ayında UEFA-nın Neqreyra məsələsinə görə "Barselona"nı bir mövsümlük avrokuboklardan kənarlaşdıra biləcəyi barədə məlumat yayılmışdı .
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb. Kataloniya təmsilçisi 2001-2018-ci illərdə Neqreyraya 7,3 milyon avro köçürdüyü iddia olunur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi