Baş Polis İdarəsi 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Baş Polis İdarəsi 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edibBaş Polis İdarəsi 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına - Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib.
Fərəc Kərimli APA-ya açıqlamasında bildirib ki, bu gün onlar BŞBPİ-yə dəvət olunaraq, BŞBPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı ilə görüşüblər. Görüşdə onlara xəbərdarlıq olunub ki, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanda - saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi "Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında deyil, fərqli məkanda keçirilməsinə cəhd olsa, aksiyanın qarşısı alınacaq.
Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib. BŞİH mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi "Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında" keçirilməsini təklif edib.
Bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.
BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi "Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında" keçirilməsi təklif edilmişdi.
Bundan sonra təşkilatçılar fevralın 13-də yenidən BŞİH-nə müraciət etmişdi.
Nəzərdə tutulan mitinqlə əlaqədar təşkilatçılar bu gün saat 17.00-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmişdi. /oxu.az

Sosial       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı

Embawood'un anbarından meyit tapıldı

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb. Məlumata görə, 50 yaşl

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler az xeberler azerbaycan xeberler bu qun kriminal xeber