Başı seçkiyə qarışan Türkiyəyə qarşı xain PLAN

Başı seçkiyə qarışan Türkiyəyə qarşı xain PLAN"Bəzilərinin Türkiyənin diqqətini seçki gündəminə yönəltməsini fürsətə çevirməyə çalışdığına dair əlamətlər var. Martın əvvəlindən bölgədən (Suriyadan) ilginc xəbərlər gəlir".
KONKRET.azxəbər verir ki, bunu Türkiyənin "Haber 7" saytının yazarı Məhmət Acət deyib.
Onun sözlərinə görə, ayın ilk günlərində ABŞ baş qərargah rəisi Mark Milli YPG terrorçuları ilə görüşmək üçün Suriyanın şimal-şərqinə səfər edib:
"Bundan sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Xarici İşlər Nazirliyinə çağırıldı. Uzun müddət səfərlə bağlı səssiz qalan Mark Milli bunda məqsədinin "əməliyyat qüvvələrini yoxlamaq" olduğunu dedi. Amma həmin açıqlamada onun YPG-lilərlə danışıqlarının inandırıcı izahı yoxdur.
ABŞ qərargah rəisindən sonra CENTCOM komandanı general Maykl Kurilla da həmin bölgəyə səfər etdi. Bu yüksək səviyyəli səfərlərdən sonra İraqın şimalından (Dohuq) çox ilginc xəbərlər gəldi. PKK/YPG üzvlərinin də olduğu "Eurocopkter" AS350 tipli helikopterin qəzaya uğraması nəticəsində təşkilatın 7 üzvü öldü.
Bu diqqətçəkən gəlişmədən sonra dərhal bu kimi suallar ağla gəldi:
PKK-nın helikopteri olmadığına görə o helikopter kimə aid idi?
Helikopterdəki PKK/YPG üzvlərinin nə kimi statusu vardı?
Əldə edilən məlumata görə, qəzaya uğrayan helikopter YPG-nin Suriyanın şimal-şərqindəki qərargahlarından biri olan Hasəkədən İraqın Süleymaniyyə şəhərinə hərəkətdə olub. İki gün sonra YPG bəyanat verərək, qəzada ölənlərin öz silahlıları olduğunu etiraf edib. Hətta ölənlərdən birinin təşkilatın lideri Məzlum Kobaninin bacısı oğlu Şərvan Kobani, digərlərinin isə YPG-nin "xüsusi təyinatlı" YAT bölməsinə aid olduğu üzə çıxıb.
2015-ci ilin yayından PKK/YPG-yə qarşı mübarizə aparan Türkiyə ölkəyə qarşı təhdidləri ciddi dərəcədə minimuma endirib. Ən son "Pəncə-Kilid" əməliyyatı ilə Şimali İraqda yaradılan de-fakto təhlükəsiz zonalar Suriyadakı əməliyyatlarla yaradılan təhlükəsiz zonalara birləşdirilib.
Bəllidir ki, PKK və arxasında duran xarici güclər Suriya və İraqda baş verənləri hansısa yolla Türkiyəyə keçirmək məqsədindən dönməyiblər. Əslində, bu, onların gələcək üçün əsas strateji hədəfidir. Onlar üçün bunun yolu Türkiyənin siyasi qeyri-sabitliyə yuvarlanması, zəif siyasi qüvvələrin hakimiyyətə gəlməsi, daxili qarışıqlıq səbəbindən ölkənin təhlükəsizlik məsələlərinə diqqət yetirməməsi kimi amillərdən keçir.
HDP-çi Sezai Təməllinin bu sözünə diqqət edin: "Bu hakimiyyəti devirəcəyimiz gün son deyil, başlanğıc olacaq. Bundan sonrakı prosesin qurulmasına HDP rəhbərlik edəcək".
Acət bildirib ki, HDP və PKK bu seçkiləri Türkiyəyə qarşı xain planlarını həyata keçirmək üçün fürsət kimi görür:
"Altılıq Masası"na doğru istiqamətlənmələrinin strateji məqsədi təmsil etdikləri hərəkatın İraq və Suriyada olduğu kimi Şərqdə və Cənub-Şərqdə də öz hökmranlıqlarını bərqərar etməkdir".//Teleqraf

Siyasi       Tarix: 18 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. xatırladır ki, bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafınd

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumu

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. AZXEBER.OM-un xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güll


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler son xeberler az son xeber qarabag