Bayden seçki yarışından geri çəkildi - ABŞ-nin yeni prezidenti kim olacaq?
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib.
O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib.
Onun partiyasından ölkənin vitse-prezidenti Kamala Harris prezident seçkilərində Trampa rəqib olacaq.
Bəs, Baydenin prezidentlik yarışından çəkilməsi və Trampın siyasi nüfuzunun getdikcə artması ABŞ-də nələri dəyişəcək?
Mövzu ilə əlaqədar azxeber.com-a açıqlama verən "Sosial Tədqiqatlar Mərkəzi"nin (STM) mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, seçkilərdə aşkar favorit məhz Trampdır:
"Co Baydenin prezidentlik yarışından geri çəkilməsi əslində demokratlar üçün böyük bir şans yaratmış oldu. Çünki seçkilərdə aşkar favorit məhz Trampdır, xüsusilə də sui-qəsd hadisəsindən sonra bu tam bəlli oldu. Amma Baydenin fiziki durumunun bəhanə edilməsi, ikincisi, onun faktiki imicinin kafi olması seçkilərdə məğlub olmasını şərtləndirən mühüm amilə çevrildi. Bu baxımdan da, məcburi yarışdan geri çəkildi. Kamala Harris namizəd oldu və beynəlxalq sorğu şirkətlərinin statistikasına görə hazırda təxminən bir faiz civarında Trampı üstələməkdədir".
Ekspert hesab edir ki, Demokratlar seçkilərdə miqrantlar üzərindən hakimiyyətə gəlməyi hədəfləyiblər:
"Qlobalistlərin son həmləsi tam şəkildə qlobalist mövqeyi olan Harrisin prezident seçilməsinə yönəlib. Bütün bu cəhdlərlə onun hakimiyyətə gəlməsini təmin etməyə çalışacaqlar. Burada istər "LGBT" olsun, insan haqlarını ön plana çəkib bu formada miqrantlar üzərindən kəskin siyasi vizyon formalaşdırmağa çalışanlar olsun, bir sözlə indiki vəziyyətdə Trampın daha çox qalib gəlmək ehtimalı var".
Mikayıl Mirzəzadə
Xidmetler [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək