Baydenin Putinə vida "hədiyyəsi": Rusiya çətin durumdadır, hər an…

Baydenin Putinə vida ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası fəaliyyətinin son günlərində Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Bu məhdudiyyətlər Rusiya neftinin qiymətinin aşağı düşməsinə səbəb olub.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Moscow Times" yazıb.
Bildirilib ki, bu qərardan sonra Urals markalı neftin qiyməti bir barel üçün 60 dollardan aşağı düşüb. 15,7 dollar eniş təşkil edib ki, bu da 2024-cü ilin may ayından bəri ən böyük göstəricidir.
Rusiya İqtisadi İnkişaf Nazirliyi bir barelin qiymətinin 69,7 dollar olacağını proqnozlaşdırmışdı. Bu proqnoz Rusiya Federasiyasının 2025-ci il üçün federal büdcəsinin əsasını təşkil edir.
"Rusiya hökumətinin proqnozunu yanvarın 10-da 180-dən çox tankerə, onlarla neft ticarəti və sığorta şirkətinə, eləcə də iki hasilat şirkətinə – "Qazprom Neft" və "Surqutnefteqaz"a qarşı tətbiq etdiyi sanksiyalar pozdu. Sanksiyalar Arktikadan və Uzaq Şərqdən Rusiya neftini daşıyan gəmiləri sıradan çıxararaq, daşınma xərclərinim bir neçə dəfə artmasına səbəb oldu. Nəticədə, Rusiyanın göndərmə limanlarında və Hindistandakı çatdırılma limanlarında neftin qiyməti arasındakı fərq bir barel üçün 13 dollara qədər artdı. Bu da ötən ilin mayından bəri ən yüksək göstəricidir".
Qeyd olunur ki, indi Rusiya tanker çatışmazlığı və yükdaşıma xərclərinin artması ilə üzləşdiyindən, martda Asiyaya çatdırılması nəzərdə tutulan Rusiya neftinin satışı dalana dirənib. Analitiklər Hindistana tədarükün azalmasının gündə 500 min barrelə çata biləcəyini proqnozlaşdırır ki, bu da Hindistanın Rusiyadan idxal etdiyi neftin üçdə birindən çoxdur.

Siyasi       Tarix: 07 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber az xəbərlər.com son xeberler az