"Bayrağımız yandırıldığı zaman həmin dəqiqə oranı tərk etmək istədik, lakin alınmadı"

"Bayrağımız yandırıldığı zaman həmin dəqiqə oranı tərk etmək istədik, lakin alınmadı".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisi Ermənistan tərəfinin onların orada qalmaları üçün maneələr çıxardığını söyləyib: "Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər. Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun. Buna müəyyən qədər nail oldular".
Onun sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi: "Açılış mərasimində baş verənlər idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı. Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik. Bayrağın yandırılması bu siqnalların startı idi. Yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik".
Baş katib Ermənistana yollanmazdan əvvəl təşkilatçı ölkənin iki təminata qol çəkdiyini, lakin buna əməl etmədiyini vurğulayıb: "İki təminat olmuşdu. Birincisi, digər ölkələrlə eyni təminat idi. Ancaq biz bununla kifayətlənmədik. Xüsusi qeydlər apardıq, ona uyğun olaraq paraqraflar üzrə təminatları üzərlərinə götürmələrini istədik. Bayrağın yandırılması uşaqların çıxışı zamanı başqa fəsadların yaşanmasına gətirib çıxara bilərdi".
Rizvan Rəsulov əlavə edib ki, hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayıblar: "Eyni zamanda, xalqımızın da böyük dəstəyini hiss etdik. Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyasına, Beynəlxalq Ağır Atletika Federasiyasına etirazımızı bildirdik. Əbəttə ki, hamı uşaqları medallarla qarşılamaq istəyərdi".
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

İdman       Tarix: 16 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri cəbhədən son xəbərlər sonxeber.az en son xeberler bu gun