Bayram günlərinin havası açıqlandı

Bayram günlərinin havası açıqlandıBayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə azxeber.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
"Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir".
Xidmət rəisi bildirib ki, Naxçıvan MR-da 15-16-17 iyun tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.
"Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq".

Sosial       Tarix: 14 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakı

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisəd

Əməkdar müəllim vəfat etdi

Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdə


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat son xeberler 2026 son xeberler bugun 2026 muharibe sou xeberler