Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.
Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır?
Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır:
Yeni il bayramı (Yanvarın 1 və 2-si);
Beynəlxalq Qadınlar Günü (Martın 8-i);
Faşizm üzərində Qələbə günü (Mayın 9-u);
Müstəqillik Günü (Mayın 28-i);
Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i);
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı);
Zəfər Günü (noyabrın 8-i);
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u);
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);
Novruz bayramı - 5 gün;
Qurban bayramı - 2 gün;
Ramazan bayramı - 2 gün.
Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsi üzrə 151 iş saatı var. Bu da o deməkdir ki, vəzifə maaşı 1000 olan işçinin həmin ay üzrə 1 saatlıq əməkhaqqı məbləği 6 manat 60 qəpikdir, 1 günlük maaşı isə 52 manat 80 qəpikdir. Bayram günlərində işləməyə görə isə bu məbləğlər 2-yə vurulmaqla hesablanıb əmək haqqına əlavə edilir.
Həmçinin aylıq maaş alan işçilərə bayram gününə görə əlavə ödəniş, iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla verilməlidir. Əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, işçiyə maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əlavə əməkhaqqı ödənilir.
Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bayram günləri işə çıxmasına, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda razılıq verilir.
Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi isə ümumiyyətlə qadağandır.

Sosial       Tarix: 10 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumların

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər metbuat xəbər cəbhədən xəbərlər