Bazarda bir manata araq satırlar

Bazarda bir manata araq satırlar"Bazarda bir, iki, üç manata araq satılır. Halbuki, bir litr araq üçün aksiz vergisi 4.8 manatdır. Necə olur ki, 4.8 manat aksiz vergisi olan araq bir-iki manata satılır?"
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, bu amil vergidən yayınma ilə bağlıdır:
"Çünki məhsulun maya dəyəri keyfiyyətli istehsal xərcinə imkan verməlidir. Ondan sonra isə növbəti mərhələlər gəlir. Buraya topdansatış həlqəsində gəlirlilik məsələsi də aiddir. Bu da ona görə müəyyən edilir ki, vergidən yayınma halları olmasın".
"Milli iqtisadiyyatımızın sütunları var. Buraya neft sənayesi aiddir. Bir də var, qeyri-neft sənayesini müəyyənləşdirən istehsal müəssisələri. Bu sənayenin qurulmasına milyonlarla vəsait sərf olunub. Lakin bu cür haqsız və qanunsuz sahibkarlığa görə işsizlik yaranır, qanuni iş yerləri arxa plana keçir, bu sənayenin iqtisadiyyata töhfəsi azalır.
İstənilən halda bazar iqtisadiyyatı haqsız yox, haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatı qanunsuz sahibkarlığa əsaslanmır və dövlət qarşısında öhdəliyini yerinə yetirməlidir. Bu qanun da ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" - red.) buna əsaslanır və sadalanan aspektlər layihədə öz əksini tapır", - komitə sədri əlavə edib.

İqtisadiyyat       Tarix: 30 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu

Aylıq büdcənin planlaşdırılması yalnız xərcləri azaltmaq deyil, gəliri məqsədlərə uyğun idarə etmək deməkdir. Düzgün hazırlanmış şəxsi büdcə gündəlik ödənişləri vaxtında qarşılamağa, borcları nəzarətdə saxlamağa və gələcə

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 00 AZN-də

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat cəbhədən son xəbər son.xeber