Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq - FOTOLAR
Azərbaycan Tikinti Assosiasiyasının nümayəndə heyəti Belarus Memarlıq və Tikinti Naziri Aleksandr Studnev ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan Tikinti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı birgə layihələr üçün hüquqi bazanı təmin edir.
Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqının ofisində B2B formatında görüşlərdə iştirak edib, "Belstroytsentr", Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və "Belqosproekt" ilə müzakirələr aparıb.
Qeyd edək ki, səfər ATİA İdarə Heyətinin sədri Ramiz İsayevin başçılığı ilə reallaşdırılıb. Assosiasiyanın rəhbər heyəti və üzv şirkətlər – "Crystal Group of Companies" ASC, "Unimetal" MMC, "Fəxrəddin-K" MMC, "İzo Fasad" MMC Belarus Respublikasının aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər keçirib.Görüşlər zamanı tikinti sənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertiza fəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar və institusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.










Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb