Belarus və Litva çempionu Azərbaycanda çalışacaq
Aleksey Baqa "Sumqayıt" Futbol Klubunun baş məşqçisi təyin olunub.
KONKRET.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Belarus), "Dauqava" (Latviya) və "Dinamo" (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə iki dəfə Belarus çempionu (2002, 2006), bir dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçilik karyerasına da məhz Borisov təmsilçisində start verib.
Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə "Arsenal"ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında "Jalqiris"lə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın "Aktobe" (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis bu il "Şaxtyor" (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb. O, dekabrın 1-də "Şaxtyor"dan öz istəyi ilə ayrılıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir