"Belə çıxır ki, Ermənistanın məğlubiyyəti onlar üçün elə ciddi deyilmiş" - Ruslar TƏƏCCÜBLƏNİR
"Belə çıxır ki, Ermənistanın məğlubiyyəti onlar üçün elə ciddi məğlubiyyət deyilmiş".
KONKRET.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nümayəndəsi Aleksey Tokarev "Ermənistan və Rusiya-Qərb qlobal qarşıdurması. 2022-ci ilin nəticələri" konfransındakı çıxışında deyib.
O, Ermənistanda hakimiyyətin müharibədəki məğlubiyyətdən sonra necə yenidən hakimiyyətə seçilə biləcəyinə təəccübləndiyini bildirib.
"Əgər hökumət ölkəni məğlubiyyətə sürükləyibsə, o zaman eyni hakimiyyət yenidən necə seçilib? Kim izah edə bilər?
Əgər məntiqlə yanaşsaq, ya Ermənistan üçün o məğlubiyyət o qədər də ciddi məğlubiyyət deyildi, ya da liderlər həqiqətən də çox güclüdürlər ki, bir daha hökumət mandatı ala biliblər", – deyə o bildirib.
"Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya üçtərəfli sənədin imzalanmasından sonra baş verən proseslər kontekstində Ermənistanın gözlədiyi şəkildə reaksiya verməyib.
Ən azından mən bunu belə başa düşürəm. Erməni cəmiyyətində müttəfiqlik öhdəliklərinin mümkün qədər səmərəli yerinə yetirilmədiyini düşünənlər ola bilər. Digərləri isə bunu Rusiyanın xəyanəti adlandıra bilər. Bütün bunlar erməniləri məyusluğa sürükləyib, hətta təcavüz müşahidə olunur.
Hətta Azərbaycan Ermənistan ərazisini də "atəşə tutduğu" zaman Rusiyanın Ermənistana niyə kömək etməməsi ermənilər üçün anlaşılmazdır. Erməni cəmiyyətində müşahidə etdiyim əhval-ruhiyyə bunlardır", – deyə Tokarev əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi