Bələdiyyə seçkilərinə görə bülletenlərin çapına başlanıldı

Bələdiyyə seçkilərinə görə bülletenlərin çapına başlanıldıAzərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
KONKRET.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə mətbəədə çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.
Media nümayəndələrinin bilavasitə iştirakı ilə çap prosesinə baxış zamanı Mərkəzi Seçki Komissiyasının sədri diqqətə çatdırıb ki, vətəndaşların konstitusion hüquqlarının realizə olunmasındakı mühüm rolu nəzərə alınaraq, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapı başa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmalıdır. M.Pənahov, həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.
Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi də keçirilib. Həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkisinə hazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkisi ilə əlaqədar 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin çap olunmasına qərar verilib.
O bildirib ki, artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb və seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcəkdir. Mərkəzi Seçki Komissiyasının sədri, eyni zamanda vurğulayıb ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkisində də seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyata keçirilir.

Siyasi       Tarix: 11 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?

Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır. Ermənistanın yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi ictimaiyyətə açıqlanacağı gözlənilir. Baş nazir Nikol Paşinyan da həmin gün məsəl

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou cəbhədən son durum cəbhədən ən son xəbər kriminal