Benzinlə bağlı VACİB xəbər: qiymət artımı qaçılmaz ola bilər

Benzinlə bağlı VACİB xəbər: qiymət artımı qaçılmaz ola bilərYaxın Şərqdə artan gərginlik dünya enerji bazarında ciddi təsirlər yaratmağa başlayıb. Belə ki, İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-da yanacaq qiymətləri sürətlə artıb. Bildirilir ki, bu prosesin qarşısını almaq üçün ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandıracaq. Yanacaqla bağlı yaranmış böhran ölkəmiz üçün nə vəd edir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycan ixrac yönümlü enerji iqtisadiyyatıdır:
"Dövlət büdcəsinin və valyuta axınının əsas hissəsi neft-qaz sektorundan gəlir. Ona görə də enerji qiymətlərinin yüksəlməsi avtomatik olaraq ölkəyə əlavə gəlir gətirir. Neftin hər 10 dollarlıq artımı Azərbaycan büdcəsi üçün təxminən 400 milyon manat əlavə gəlir deməkdir. Hazırda "Azeri Light" markalı neftin bir barrelinin qiyməti büdcədə nəzərdə tutulan 65 dollar səviyyəsindən xeyli yüksəkdir. Bu vəziyyət Dövlət Neft Fondunun gəlirlərini artırır, valyuta ehtiyatlarını gücləndirir, manatın sabitliyini qoruyur, ən əsası, hökumətə əlavə sosial xərclər imkanı verir. Qısası, enerji ixracatçısı ölkələr qlobal böhran zamanı əlavə renta qazanırlar. Buna klassik "rentier dividend" effekti deyirik. Ancaq bu vəziyyətin təhlükəli tərəfləri də az deyil. Xammal gəlirlərinin artması hər zaman iqtisadi diversifikasiyanı zəiflədir. Azərbaycanın ixracının 80%-dən çoxu enerji sektorunun payına düşür. Bu hal iqtisadiyyatı qiymət volatilliyinə, geosiyasi şoklara, qlobal tələbin dəyişməsinə qarşı həssas saxlayır".
İqtisadçı bildirib ki, neft bahalaşdıqca dövlət qazanır, amma iqtisadiyyatın dayanıqlılığı zəifləyir:
"Digər tərəfdən, qlobal enerji qiymətləri yüksəldikcə daşınma xərcləri artır, ərzaq qiymətləri bahalaşır, kənd təsərrüfatı maya dəyəri yüksəlir, tikinti və sənaye sektorunda xərclər artır. Bu proses isə "xərc inflyasiyası" adlanır. Yüksək inflyasiya, aşağı iqtisadi artım, zəif məşğulluğun kombinasiyası olan staqflyasiya riski yarana bilər. Bu ssenari Azərbaycan üçün xüsusilə təhlükəlidir, çünki qeyri-neft sektoru hələ kifayət qədər güclü deyil.
Əslində, ABŞ-da federal yanacaq vergisinin dayandırılması ideyası klassik antiinflyasiya müdaxiləsidir. Məqsəd istehlakçı qiymətlərini yumşaltmaq, sosial narazılığı azaltmaq, seçici təzyiqini zəiflətməkdir. Azərbaycan da öz növbəsində AI-92 benzini, dizel və bəzi idxal olunan neft məhsulları üzrə aksiz, gömrük rüsumlarını müvəqqəti azalda bilər. Bu mexanizm daşınma xərclərini yumşalda və ərzaq qiymətlərinə təzyiqi qismən zəiflədə bilər. Məlumdur ki, inflyasiyanın əsas zərbəsi aşağı gəlirli əhalinin üzərinə düşür. Həmçinin, Azərbaycan bazarında qiymət artımının bir hissəsinin həqiqi xərclə yox, bazar konsentrasiyası ilə bağlı olduğu heç kimə sirr deyil. Böhran dövründə süni qiymət artımı, ehtiyat yığılması, kartel davranışları güclənir. Buna görə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, gömrük, vergi sistemi aktiv monitorinq aparmalıdır. Əks halda qlobal şok daxildə "spekulyativ inflyasiya"ya çevrilə bilər".

Sosial       Tarix: 13 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava