Bəşər Əsəd Rusiyaya qaçdı - Yaxın Şərqdə hansı ssenari gözlənilir?

Bəşər Əsəd Rusiyaya qaçdı - Yaxın Şərqdə hansı ssenari gözlənilir?"Bilirik ki, Suriyada dünyanın bir çox böyüklərinin maraqları toqquşur. Onlar öz maraqlarını təmin etmək üçün Suriya dövlətinin dağılmasına rəvac vermişdilər. Suriya hissələrə bölünmüşdü. Ölkəyə uzun illər rəhbərlik edən Əsədin ölkədən qaçdığı bildirilir. Hələlik rəsmi informasiya olmasa da, artıq onun ölkədən qaçdığı məlumdur. Dünyanın siyasi gücləri diqqətlə baş verənləri izləyir, müxalifətin lideri ölkədə keçid hökumətinin qurulacağını və bunun ilyarım həkimiyyətdə olacağını sonra isə demokratiya yolu ilə ölkə idarə ediləcəyini qeyd edir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçaraq Rusiyaya sığınmasına, eləcə də Suriyada müxalifətin hakimiyyəti ələ keçirməsinə münasibət bildirərkən deyib.
Deputat Suriyada maraqlı mövqeləri olan ölkələri sadalayıb:
Bəşər Əsəd Rusiyaya qaçdı - Yaxın Şərqdə hansı ssenari gözlənilir?"Təbii olaraq hazırda İranın, Rusiyanın, qardaş Türkiyənin və ABŞ-nin də mövqeyi məraqlıdır. Rusiyanın hərbi bazaları, donanması var. Onların köçürülməsi və ya çıxarılması məsələsi də tam aydınlaşmayıb. ABŞ-nin hərbi bazaları kənarda qaldı. Müxalifət koalisiyası oradakı radikallarla döyüşüb bütün şəhərləri azad etməyi qarşılarına məqsəd qoymuşdular. Amma hələ də bəzi ərazilərdə kiçik, lokal əməliyyatlar davam edir. Həbsxanalar üzə çıxır, məhbuslar azad edilir. Vəziyyət qeyri-stabildir. İnsanlar paytaxt Dəməşq daxil olmaqla digər şəhərlərə geri dönməyə başlayıblar. 
Əlbəttə ki, Suriya məsələsində Türkiyənin də mövqeyi əsasdır. Rəsmi Ankara Suriyanı bütövlükdə dəstəklədiyini bildirir, eyni zamanda hər hansı lazımi tədbirlərin görülməsini də diqqətə çatdırıb. Bu səbəbdən Türkiyə də sözügedən münaqişədən əziyyət çəkir. Çünki ərazisində 4 milyondan çox suriyalı qaçqın yaşayırdı. Türkiyə onlara qucaq açıb, bu insanları öz ərazisində yerləşdirərək dəstək verirdi. İsrail kimi nəhəng, güclü dövlətin də Suriyada öz maraqları var. İsrail artıq bufer zonanı keçərək irəli keçdiyini bəyan edib. Güman ki, hər bir güclü dövlət Suriyada yaranmış hərc-mərclikdən, iğtişaşlardan istifadə edərək öz maraqları naminə istifadə edəcək. Bu gün hər bir dünya gücü Yaxın Şərqdəki prosesləri anbaan izləyir. 
Arzumuz Suriyada stabilliyin təmin olunmasıdır. Düşünürük ki, xalq öz sözünü deməlidir. Onun iradəsi ilə yeni hakimiyyət qurulmalıdır. Əsasən də hər birimizin görmək istədiyi günahsız insanların böyük siyasi oyunların qurbanına çevrilməməsi, o cümlədən ölkədə əmin-amanlığın formalaşmasıdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 09 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri xəbər.az beynelxalq bank mezenne idman xeberleri