"Beşiktaş"ın idman direktoru "Qarabağ"ın futbolçusunu bəyənib

Türkiyənin "Beşiktaş" klubunun idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonu bəyənib.
KONKRET.az xəbər verir ki, mütəxəssis braziliyalı hücumçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.
Azərbaycan çempionunun UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04"lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb. O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.
"Ağ-qaralar" mövsümün sonunda keçidi reallaşdırmaq üçün "Qarabağ"la danışıqlar aparacaq. Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, "Qarabağ"ın "Bayer 04"ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.

İdman       Tarix: 16 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadə

Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar

"İnter Mayami"nin hücumçusu Luis Suares 2017-ci ilin yayında Lionel Messi ilə birlikdə Neymarı "Barselona"dan PSJ-yə keçmək fikrindən daşındırmağa çalışdıqlarını açıqlayıb. xəbər verir ki, Suares bu barəd

Harri Keyn əməliyyat olundu - Foto

Almaniyanın "Bavariya" futbol klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn topuq bağlarının qopması səbəbindən əməliyyat olunub. xəbər verir ki, bu barədə Keyn sosial şəbəkə hesabında paylaşım edib. O

UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı

UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir. -a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbu

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. KONKRET.azxəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 1/4 final. Niderland – Portuqaliya. Belçika – Almaniya. Norveç – İngiltərə. İspaniya – Fransa

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az xeberler azerbaycan sonxeber az cəbhədən canlı