"Beşiktaş"ın idman direktoru "Qarabağ"ın hücumçusu üçün Almaniyaya gedəcək

Türkiyənin "Beşiktaş" klubunun idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.
KONKRET.az-ın "fotospor"a istinadən məlumatına görə, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer 04" – "Qarabağ" görüşünə tribunadan baxacaq.
O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin iki futbolçusu – Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq "Borussiya" (Dortmund, Almaniya) – PSV (Niderland) qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, "Bayer 04" ilə "Qarabağ" arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.Report

İdman       Tarix: 11 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı

Ukraynanın "Polesye" klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko "Qarabağ"ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib. -a istinadla xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçini

"Barselona" Bakıya nə vaxt gəlir?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi bəlli olub. xəbər verir ki, bu barədə Bakı təmsilçisidən Azərtac-a məlumat verilib

Sabir Zeynalov dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb. KONKRET.azxəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübariz

"Qalatasaray"ın baş məşqçisi meydandan qovuldu

Super Liqanın 12-ci turunda "Qalatasaray"- "Samsunspor" matçının son fiti səsləndikdən sonra baş verənlər gündəm olub. xəbər verir ki, matç başa çatdıqdan sonra hakim Ali Şansalanla əl sıxmayan "Qalatasaray"ı

Mbappedən Arda ilə bağlı paylaşım

Fransalı futbolçu Kilian Mbappe Arda Gülerin "Real Madrid"lə müqaviləsini 2032-ci ilədək uzatması ilə bağlı paylaşımına maraqlı reaksiya verib. KONKRET. -a istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu türkiyəl

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı 

Şamaxıda baş tutan günün ilk matçı – "Araz-Naxçıvan" "Neftçi"ni qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarının sayını 27-yə çatdıran "Neftçi" yenidən turni

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib. AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihab

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler krimnal xeber hava proqnozu xeber