"Beynəlxalq Bank"da 212, "Yapı Kredi"də 62 milyon azalma: Nə baş verir?
Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin ikincü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, "Yeni Sabah"ın araşdırmasına görə, ilin birinci rübü ilə müqayisədə ikinci rübdə 24 bankdan 13-nün depozit portfeli artıb, 11 bankın portfeli isə əriyib.
Maraqlıdır ki, ən böyük azalma "PAŞA Bank"da müşahidə edilib. Bankın portfeli 5,3% azalaraq 7,1 mlrd. manatdan 6,7 mlrd. manata enib.
Azərbaycanın əsas dövlət bankı olan Azərbaycan Beynəlxalq Bank isə ikinci rübdə 212,1 mln. manat depozitini itirib. Bankın portfeli 2,4% azalaraq 8,5 mlrd. manata düşüb. İlk üçlüyü 17,1% azalma ilə "Yapı Kredi Bank Azərbaycan" tamamlayıb. Bankın depozit portfeli üç ayda 62,5 mln. manat azalaraq 303,2 mln. manata enib.
"Muğanbank"ın depozit portfelində 34,2 mln. manat, "Bank VTB Azərbaycan"ın 20,4 mln., "Azər-Türk Bank"ın 12 mln., Bank Melli İran Bakı filialında isə 11 mln. azalma müşahidə edilib.
"AFB Bank", "Bank BTB", "Naxçıvanbank" və "Bank Avrasiya" isə azalma 100-500 min manat arasında olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var