Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan şagirdlərinin növbəti uğuru
Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.
azxeber.com xəbər verir ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.
Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.
Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq