Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - Qərar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiq edilib.
azxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Baş nazir, həmçinin "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri"ni təsdiqləyib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq olunub.
Həmin qərara əsasən, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin (aparat) dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada verilib.
Həmçinin, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.
Qərarlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus