Binəqədi rayonunda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
16 yanvar 2023-ci il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, səfirliyin nümayəndələri, orta ümumtəhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak edirdilər.
Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dostluq münasibətlərindən, bu cür mədəni tədbirlərin vacibliyindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, xalqlarımızın uzun illərdir dostluq əlaqələrindən, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında olan dostluq münasibətlərindən, ötən 30 illik dövrdə Azərbaycan-Rumınya əlaqələrinin daim inkişaf etdiyindən söhbət açdı. Səfir söylədi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açdı və ölkələr arasında döstluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.



/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var