Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini "Money20/20 Asia 2026" qlobal səhnəsinə daşıdı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Qafqazda bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan "Money20/20 Asia 2026" konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı innovasiyaların rolu xüsusi vurğulanıb.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində Özbəkistanın ən böyük İT ekosistemi "Uzum"un həmtəsisçisi və Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. "First Arc Capital" şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün möhkəm əsaslar artıq formalaşıb. İllik Ümumi Daxili Məhsul artımı təxminən 10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir, əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i ötür.
Bununla yanaşı, bazarda rəqəmsal maliyyə xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq, xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib: "Bizim əsas hədəfimiz nağd ödənişlərdən rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal bazarlarda "Kaspi" və "Gojek" kimi platformaların təcrübəsində uğurla sınaqdan çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir".
Müştərilərin gündəlik ehtiyaclarını Birbank, Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5 milyondan çox istifadəçiyə çatıb. 
Ölkədə həyata keçirilən hər iki rəqəmsal ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir. Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.
Bir haqqında 
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az / azxeber.com

İqtisadiyyat       Tarix: 27 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər