Bir "CNBC" və "Statista" tərəfindən "Dünyanın aparıcı fintexləri" sırasına daxil edilib

Bir Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi olan Bir, "CNBC" və "Statista" tərəfindən tərtib edilən "Dünyanın aparıcı fintex şirkətləri" ("The World"s Top Fintech Companies") reytinqində neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb. Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun ilk və yeganə şirkətidir.
"CNBC" və "Statista" tərəfindən hazırlanan "The World"s Top Fintech Companies" siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili əsasında tərtib edilir. 
Bir ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: "Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin formalaşmasına töhfə veririk. "CNBC" və "Statista" tərəfindən dünyanın Nubank, Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq. Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik."
Bir ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem "Paysend" ilə tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirilib.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / azxeber.com

İqtisadiyyat       Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne