"Bir oyuna görə Nərimanı silmək yanlış fikirdir" - Məşqçi danışdı

Nəriman Axundzadəni bir zəif oyuna görə silmək tamamilə yanlış fikirdir.
KONKRET.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
O, UEFA Çempionlar Liqasının VI turunda "Ayaks"la (Niderland) qarşılaşan "Qarabağ"ın tənqidlərə məruz qalan 21 yaşlı hücumçusunun gənc olduğunu xatırladaraq, müəyyən səhvlər etməsinin normal olduğunu bildirib:
"Azarkeşlərin Nəriman Axundzadə ilə bağlı fikirlərini başa düşmək lazımdır. Çünki hər kəs "Qarabağ"dan qələbə gözləyirdi. Lakin gəlin unutmayaq ki, bəzi matçlarda Nəriman Axundzadə meydana daxil olub, görüşün taleyini həll edib. Yaxud Aleksey Kaşuk əvəzetmədən oyuna girib, komandaya xeyir verib. Bu dəfə isə təəssüf ki, alınmadı. Hər şey, hər zaman bizim arzuladığımız kimi ola bilməz. Futbolçu bir oyun zəif çıxış edir deyə, bu qədər neqativə köklənməyə ehtiyac yoxdur. "Qarabağ" uzun illərdir fasiləsiz Avropa turnirlərinin qrup mərhələlərində mübarizə aparır, Azərbaycanı təmsil edir. Qitənin ən nüfuzlu klub turnirinin himnini bizim üçün "Qarabağ" səsləndirir. Gəlin bu amilləri nəzərə alaq. Azarkeşlərin bu məsələləri anlayışla qarşıladığına əminəm".
44 yaşlı mütəxəssis azarkeşləri səbrli olmağa çağırıb:
"Nəriman Axundzadə gəncdir, arada zəif çıxş etməsi normaldır. Lakin gəlin etiraf edək ki, o, millimizin əsas futbolçularından biridir. Çünki bizim heyətlə bağlı elə də geniş seçimimiz yoxdur. Düşünürəm ki, Nəriman zəif oyunlarından nəticə çıxarmalıdır. Təbii ki, "Qarabağ"dakı bütün məşqçilər onunla lazımi söhbətləri aparırlar. Dediyim kimi, 1 oyuna görə futbolçunu silmək tamamilə yanlış fikirdir. Azərbaycan futbolunun azarkeşlərini səbrli olmağa çağırıram. İnanıram ki, "Qarabağ" qarşıdakı iki oyundan birində qələbə qazanacaq və pley-offa adlayacaq".
A.Abbasov sonda "Ayaks" komandasının ustalıq səviyyəsinin yüksək olduğunu vurğulayıb:
"Həmin gün qələbə qazanmaq üçün ən uyğun axşamlardan biri idi. Azərbaycan təmsilçisi bunu bacarmağa çox yaxın olsa da, təəssüf ki, son dəqiqələr bizim üçün uğursuz alındı. Lakin gəlin "Qarabağ"ı da başa düşək. Rəqibin bu mövsüm Çempionlar Liqasında xalı olmasa da, hər kəs onların adlı-sanlı komanda olduğunu bilirdi. "Ayaks"ın ustalıq səviyyəsi, heyətində yer alan futbolçuların bacarıqları və gənclərinin gücü bizdən üstündür. "Qarabağ"ın heyətində meydana sonradan daxil olan futbolçular oyuna qoşula bilmədilər. Futbolda hər şey ola bilər".
Qeyd edək ki, "Qarabağ" – "Ayaks" görüşü Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində 59-cu dəqiqədə Leandro Andradenin əvəzinə Nəriman Axundzadə, Kamilo Duranın yerinə isə 70-ci dəqiqədə Aleksey Kaşuk meydana çıxıb.

İdman       Tarix: 13 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar