Bir' və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

Bir' və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirirBir ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
azxeber.com xəbər verir ki, əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.
Tədbirdə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. "Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk. Hazırda Bir ekosistemində Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq".
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor Bir ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Bir ekosistemi gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az

İqtisadiyyat       Tarix: 02 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026