"Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır

Xəbər verdiyimiz kimi PAŞA Holdinq tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Bir ekosistemi ictimaiyyətə təqdim olundu.
AZXEEBR.COM xəbər verir ki, bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. Birbank,  ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico, m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Tədbirdəki çıxışı zamanı Birbank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, Bir ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: "Birbank olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Bir ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!".
Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin, Umico, M10 və MilliÖn-ün Baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib. 
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 14 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun xeberler bugun şou biznes xəbərləri cəbhədən ən son xəbər