Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirilib

Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirilibSahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə "Qadın Liderləri Zirvəsi"nin həyata keçirilməsinə dəstək oldu. "Facemark" və "İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu"nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə "Fərqlərin bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator olduğu ilk panel "Lider qadın, yoxsa qadın lider" mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş təcrübəyə malik, "GDG Professionals" şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu Gülzar Quliyeva, "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, "Dərs Evi - İnnovativ Təhsil Mərkəzi"nin Baş direktoru Nigar Baimova, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, "Erickson Coaching International" şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrini bölüşdülər.
İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi. "Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır".
Daha sonra tədbir "İnnovasiya və Strateji Yanaşmalar" və "Rəqəmsal Trendlər Dövründə Qadınlar" mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf etdirmək oldu.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 07 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az