Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü alətlər təqdim edir.
Azərbaycan kapital bazarına çıxış
Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya imkanlarından yararlanmaq imkanı yaradacaq.
ABŞ kapital bazarının informativ analizi
Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan verir.
Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma endirməyə imkan yaradır.
Birbank Invest tətbiqini yükləmək üçün:
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb