"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşıb
Son 24 saat ərzində qlobal kriptovalyuta bazarının kapitallaşması 0,97% artaraq 2,48 trilyon ABŞ dollarına çatıb.
azxeber.com xəbər verir ki, CoinMarketCap platformasında ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti 0,76% artaraq 73 710 ABŞ dollarına yüksəlib. "Ethereum"un qiyməti 1,50% artaraq 2 016 ABŞ dolları, BNB-nin qiyməti isə 0,61% artaraq 637 ABŞ dolları olub.
Qızılın qiymətinə indekslənmiş rəqəmsal aktivlər də yüksəliş nümayiş etdirib. "PAX Gold"un qiyməti 2,73% artaraq 4 509 ABŞ dollarına, "Tether Gold"un qiyməti isə 2,74% artaraq 4 499 ABŞ dollarına çatıb.
Digər aktivlərdən "Zcash"ın qiyməti 3,57%, "Bittensor"un qiyməti 0,98%, "CoinMarketCap 20 Index DTF"in qiyməti isə 0,79% artıb. Bununla yanaşı, "Monero"nun qiyməti 5,37%, "Bitcoin Cash"ın qiyməti isə 5,78% azalıb.
Analitiklərin fikrincə, artım investorların təhlükəsiz aktivlərə tələbinin yüksək qalması və kriptovalyuta bazarında əvvəlki günlərdəki satışlardan sonra alışların güclənməsi ilə əlaqədardır. Xüsusilə qızıla indekslənmiş rəqəmsal aktivlərin bahalaşması bazarın ümumi kapitallaşmasına müsbət təsir göstərib.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu