"Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun" - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi
"Demokratiya, insan hüquqları gözəl səslənir, ikilistandartlarla olmasa. Mən burada tarixi torpaqlarından qovulan beş yüz mindən çox azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm".
azxeber.com xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında çıxış edən "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. Zirvə Toplantısının "Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar" mövzusunda sessiyasında danışan A.Ələsgər qeyd edib ki, Qərbi Azərbaycandan olan insanların hüquqları Ermənistan tərəfindən ciddi şəkildə pozulmaqdadır.
"Mən burada tarixi torpaqlarından qovulan beş yüz min azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bir milyon məcburi köçkünümüz üçün 30 il danışdıq, ancaq sonunda özümüz həll etdik. İndi isə tarixi Azırbaycan torpağı olan indiki Ermənistandan beş yüz min vətəndaşımızın ata-baba məzarlarını turist kimi də olsa ziyarət etməsinə şərait yaratmasını istəyirik. Biz Ermənistana ərazi iddiası etmirik. Baxmayaraq ki, tarixən bizim torpaqlardır. Biz o torpaqlara turist kimi də olsa ziyarət etmək istəyirik. Bir an öncə Ermənistanın sülhə gəlib Qafqazda barış olmasını arzu edirik. Öz dədə-baba yurdlarını ziyarət ən məsum insan haqqlarıdır", – deyə o, bildirib.
Qeyd edək ki, 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunur.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var