BMT-də Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdəki zorakılıqları pislənildi

BMT-də Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdəki zorakılıqları pislənildi</p> 
 <p>Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında "Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkəçiliyə son qoyulmasında C-24 komitəsinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
KONKRET.azxəbər verir ki, BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən – Korsika, Fransız Qvianası, Qvadelupe, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıblar.
Konfransda açılış qeydlərini edən BTQ-nin şöbə müdiri Elgün Hacıyev bildirib ki, ABŞ hökumətinin qeyri-müəyyən qərarına görə artıq ikinci ildir ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasova BMT qərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir. Bu səbəbdən, A.Abbasovun konfrans iştirakçılarına videomüraciəti yayılıb.
O, müraciətində qeyd edib ki, Fransa hökumətinin Yeni Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsinin olmadığını bir daha sübut edir.
İcraçı direktor bir daha təsdiq edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərinin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəkdir.
Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülkü şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra bu ölkənin xarici işlər naziri M.Forrest Fransa hökuməti tərəfindən ölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflı məlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillik hərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətə çatdırıb.
Fransız Polineziyasının hakim Tavini partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikləri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.
İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.
Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürüblər. Kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pisləyiblər.

Siyasi       Tarix: 21 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az hava haqqinda qurban bayrami 2026 xəbərlər