BMT Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana təşəkkür etdi

BMT Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana təşəkkür etdi"Qoşulmama Hərəkatının konfransı vacibdir. Mən bu tədbirin təsisçilərinə, Azərbaycana və Uqandaya BMT adından təşəkkür edirəm".
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.
Xanım Andreyeva bildirib ki, BMT-nin dayanıqlı inkişaf məqsədləri qadınların və qızların təmsilçiliyini, gender məsələlərini də təşviq edir.
"Bizim indi münaqişələrlə, böhranlarla üzləşdiyimiz bir zamanda dialoqa, əməkdaşlığa ehtiyacımız var".
Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif çıxışında Azərbaycan hökumətinə bu konfransa görə təşəkkür edib.
O deyib ki, bu konfrans hər bir ölkə üçün vacib olan mövzularda fikir mübadiləsi üçün vacib bir fürsət yaradıb: "Ölkəmizdə qadın uçaq və ailə məsələləri ilə bağlı məsələlər öz həllini tapıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün vacib addımlar atılıb. Ölkəmizin rəhbəri deyib ki, Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qadınlar və kişilər bütün hüquqlardan bərabər yararlanmalıdır. 2023-cü ilin sonlarına doğru biz görürük ölkəmizdə qadınların problemləri həll olunub, bu istiqamətdə vacib praktiki addımlar atılıb. 18 milyona yaxın ailə bu fürsətdən faydalanıb".
Mərakeş Krallığı beynəlxalq çərçivədə qəbul olunmuş gender bərabərliyi ilə bağlı bütün sənədləri, təşəbbüsləri dəstəkləyir.
Nepalın qadın, uşaq və gənclər naziri Surendra Raç Açarya çıxışında ölkəsinin gender bərabərliyi, qadınlara qarşı zorakılığa mübarizə istiqamətində qanunvericilikdə və praktiki sahədə atdığı addımlar barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Mavritaniyanın gender bərabərliyi və ailə rifahı naziri Kalpana Devi Koonjo Şah çıxışında deyib ki, qadın zorakılığı ilə mübarizə onun ölkəsinin əsas milli prioritetlərindən biridir: "Ölkəmiz qadınların yüksək siyasi idarəçilik postlarında çalışmasını təşviq edir.
Parlament üzvlərinin 17 faizi qadınlarıdır, şirkətlərdə idarəetmə şurasının ən azı 25 faizinin qadınlar olması öhdəliyi var. Qadınların sosial iqtisadi və siyasi həyatda fəal iştirakı üçün mexanizmlər hazırlanıb və bu davam edir".
Nikaraquanın qadınlar naziri Cessika Yaoska Padilla Levia çıxışında deyib ki, onun ölkəsində nazirlər kabinetində 16 nazirdən 9-u qadındır: "Məhkəmə sistemində çalışanların 59 faizi, parlament üzvlərinin 57 faizi qadınlardır".
Nikaraqualı nazir vurğulayıb ki, onun ölkəsi gender bərabərliyi və qadınların təmsilçiliyi üzrə yüksək göstəricilər əldə etmiş ölkələr sırasındadır.

Siyasi       Tarix: 21 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər en son xeberler bu gun xeber butun xeberler