BMT Ukraynada atəşkəsi alqışlayacaq
Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə edilə bilsə, BMT bunu alqışlayacaq və atəşkəsin uzunmüddətli sülhə çevriləcəyinə ümid edəcək.
Bu barədə jurnalistlərə qurumun rəhbəri Antoniu Quterriş məlumat verib.
"Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq", - o deyib.
Xatırladaq ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıb. Danışıqların yekununda verilən birgə bəyanatda xüsusilə qeyd olunur ki, Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır. Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini dərhal bərpa edəcəyinə söz verib.
//Report
Xidmetler [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir