Boksçularımız Gürcüstanda 13 medal qazandılar
Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Federasiyadan KONKRET.az-a verilən məlumata görə, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ
FIFA DÇ-dən bu qədər pul qazandı
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı
"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı
Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb
Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR
59 yaşlı kişi kanalda batdı
Bakıda bu ərazidə güclü yanğın başladı
Əraqçi hər şeyi DANIŞDI – Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLADI Kİ
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
FIFA 2026 dünya çempionatından rekort gəlir əldə etdi
Şəhid anası vəfat etdi
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
Dünya Kubokunun zirvə savaşı: İspaniya "divarı", yoxsa Messi "sehirbazlığı"?