Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
KONKRET.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.
Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da, Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.
Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

Sərkisyan ölkədən "qaçırdı", Paşinyan isə… – İrəvanda siyasi gərginlik
Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ
FIFA DÇ-dən bu qədər pul qazandı
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı
"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı
Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb
Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR
59 yaşlı kişi kanalda batdı
Bakıda bu ərazidə güclü yanğın başladı
Əraqçi hər şeyi DANIŞDI – Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLADI Kİ
"Qarabağ"ın biletləri satışa çıxarılır - Bu gün
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
FIFA 2026 dünya çempionatından rekort gəlir əldə etdi