BOKT-lar və lombardlar insanları necə soyur? – "Nəzarət gücləndirilməlidir

BOKT-lar və lombardlar insanları necə soyur? – Son illərdə vətəndaşlara kreditlərin Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsilə verilməsi geniş yayılıb. Lakin yüksək faiz dərəcələri bir çox hallarda borcların qaytarılmasını çətinləşdirir və insanların maliyyə yükünü artırır.
Ötən gün sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında BOKT-ların 30-35 faizlə kredit təklif etdiyini bildirib və bu cür kredit təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.
İqtisadçı Natiq Cəfərli isə azxeber.com-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatlarının bazarda müəyyən payı mövcuddur:
"Bank olmayan kredit təşkilatlarının bazarda müəyyən payı var. Bu pay əsasən daha riskli kreditlərin verilməsi üzərində qurulub. Belə ki, bəzi müştərilər banklardan kredit əldə edə bilmədikdə, kredit tarixçələri zəif olduqda və ya sənədləşmə ilə bağlı problemlərlə üzləşdikdə BOKT-lara müraciət edirlər. Yəni bazarda bu xidmətə real tələbat var və onu sadəcə ləğv etməklə problemi həll etmək mümkün deyil".
İqtisadçı qeyd edib ki, BOKT-ların tamamilə ləğv olunması çıxış yolu hesab edilmir:
"Daha səmərəli yanaşma ciddi lisenziyalaşdırma və nəzarət mexanizmlərinin tətbiqidir ki, faiz dərəcələri həddindən artıq yüksək olmasın. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə müəyyən addımlar atır. Ümumilikdə isə faizlərin yüksək olması risklərin idarə olunması ilə bağlıdır. Əhalinin bu xidmətə tələbatı olduğu halda onu tamamilə ləğv etmək əlverişli variant hesab edilmir. Əks halda, qeyri-rəsmi sələmçilik hallarının artması riski yarana bilər ki, bu da arzuolunan deyil".
Şəhanə Ziyad

İqtisadiyyat       Tarix: 28 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler