Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycan millisinin üç cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
KONKRET.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Dauda Daboneyə (Kot d ivuar), ardınca Ariunbold Enxtayvana (Monqolustan) qalib gəlib.
Yarımfinalda Ryudzu Naqayamaya (Yaponiya) uduzan Hüseynov bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
73 kq-dakı Rüstəm Orucov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Fransa təmsilçisi Benjamin Aksusa yenilib. Eyni çəkidəki Hidayət Heydərov fransalı Teo Riquinə qalib gəlsə də, 1/8 finalda Qambiyadan olan Faye Njie ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.

Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
SENSASİYA: Ərdoğan görün Zelenskiyə nə təklif etdi
Paşinyan: "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq"
"Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq" - Simonyan
Tramp İrana bu qədər vaxt verdi: "Əgər razı olmasa, yer üzündən siliəcəyik"
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
"Azeri Light"ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
"Azeri Light" bahalaşdı
Unibank 5 nominasiya üzrə qalib oldu
Dizel kəskin bahalaşdı - Qiymət artımı dünya bazarı ilə əlaqələndirilir