Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
KONKRET.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.
Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.
73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.
81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.
70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı