Braziliyanın baş məşqçi postuna SENSASİON NAMİZƏD - FOTO
"Real Madrid"in treneri italyan Karlo Ançelotti 2023-cü ilin yayında futbol üzrə Braziliya milli komandasının baş məşqçisi ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Braziliyanın "UOL sporte" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbərliyi hələ Qətərdə dünya çempionatı başlamazdan əvvəl Ançelotti və "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə əlaqə saxlayıb.
Portal qeyd edib ki, italiyalı baş məşqçi təkliflərə açıq olduğunu, lakin mövsümün sonunda milliyə rəhbərlik edə biləcəyini söyləyib.
Qeyd edək ki, 63 yaşlı Ançelotti 2021-ci ilin yayından "Real Madrid"i idarə edir. İtaliyalı mütəxəssis karyerası ərzində İngiltərənin "Çelsi", Almaniyanın "Bavariya", İtaliyanın "Milan" və Fransanın "PSJ" klublarının ölkə çempionatlarında qələbə qazanmasına səbəb olub.
Xatırladaq ki, dekabrın 9-da Tite Braziliya millisinin baş məşqçisi postundan getdiyini açıqlayıb. O, 2016-cı ildən bu vəzifəni icra edirdi. Mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final matçında xorvatlara məğlubiyyətdən sonra millinin baş məşqçi postunu tərk edib.
İqbal Rzayev,
KONKRET.az

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Bakıda yaşayış binasında uçqun
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb